bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Tiflis yenidən qarışdı: Etirazçılar meydana qayıtdı

1590 oxunma | Tarix: | 3 həftə öncə

Tiflisidə etiraz mitinqləri yenidən start götürüb. Onlarla etirazçı dünən gecə aksiyaların dağıdılmasından sonra yenidən Gürcüstan parlamentinin qarşısında çadır düşərgəsi quraraq aksiyalarını davam etdirməyə başlayıb.

Məlumata görə, xüsusi təyinatlılar dəyənəklərdən, su toplarından və gözyaşardıcı qazdan istifadə edib. Nəticədə azı üç nəfər xəstəxanaya çatdırılıb, 37 nümayişçi isə saxlanılıb.

Hazırda meydanda təxminən on çadır quraşdırılıb. Bəzi etirazçılar gecəni də meydanda keçirib. “Rustavi-2” televiziya kanalının verdiyi məlumata görə, etirazçılar yenə də eyni tələblərlə çıxış  edir – proporsional seçki sisteminə keçid və parlamentdə seçki kampaniyasının vaxtından əvvəl keçirilməsi ilə bağlı qanun layihəsinin qəbulu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir