SOCAR yeni şirkət yaratdı
809 oxunma | Tarix: 2017-06-07 | 2 il öncəAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) törəmə şirkətlərindən birini – “SOCAR-KPŞ” MMC-ni ləğv edib.
Bu barədə “Bizimxeber” Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, 18 ünvanına bildirə bilərlər.
Bundan başqa, SOCAR həmçinin yeni şirkət yaradıb. Belə ki, Vergilər Nazirliyi “SOCAR İT” MMC-ni dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 113, nizamnamə kapitalı 50 min manat, qanuni təmsilçisi Vüsal Mehman oğlu Əhmədovdur.