Loading...

Şirkətlərə 1,6 milyon manatlıq cəza

669 oxunma | Tarix: | 3 il öncə

2017-ci ilin ötən 5 ayı ərzində əmək müqavilələrinə nəzarət tədbirləri zamanı 261 vergi ödəyicisi üzrə 1965 nəfər əmək müqaviləsi olmayan işçi aşkar edilib, işəgötürənlərə 1,6 mln. manat maliyyə sanksiyası tətbiq edilməklə məsuliyyət qərarı çıxarılıb.

 

Vergilər Nazirliyindən “Bizimxeber”ə verilən məlumata görə, bu müddət ərzində “Ştutqart” (ehtiyat hissələri mağazaları), “Halal Tekstil”, “Arm” (MADO restoranlar şəbəkəsi), “Altrade”, “Təmiz Qida”, “Salam Şirkətlər Qrupu” (Salam taksi) MMC kimi vergi ödəyicilərində də işçi sayının azaldılması halları aşkarlanaraq, onların barəsində məsuliyyət qərarı çıxarılıb.

 

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulan ən sərt tədbirlər görüləcəkdir.

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir