Loading...

Seçki qutusuna topa bülleten atan ADP sədrinin müavini imiş (VİDEO)

2750 oxunma | Tarix: | 6 gün öncə

Sosial şəbəkələrdə yayılan videoda seçki qutusuna topa bülleten atan kişinin kimliyi məlum olub. 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 9-cu məntəqəsində seçki qutularının hər birinə bir neçə səsvermə bülleteni atan şəxs Azərbaycan Demokratik Partiyasının (ADP) ümumi işlər üzrə müavini Zakir Hüseynovdur.

Onun qanunsuz hərəkətləri seçki məntəqəsində quraşdırılımış veb-kameralara düşüb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xatırlatmaq üçün bildirək ki, ADP-nin sədri Sərdar Cəlaloğludur.

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir