Bizimxeber

Online informasiya portalı

Sabirabadda maskalı şəxslər evə hücum edib ahıl qadınları döydü

1830 oxunma | Tarix: | 4 ay öncə

Sabirabad rayonunda maskalı şəxslər evə basqın edərək 79 və 72 yaşlı qadınları döyüblər.

Gecə saat 3 radələrində rayonun Qaratəpə kəndində yaşayan 1947-ci il təvəllüdlü Tamara Hüseynovanın qapısı açıq qalan evinə girən 4 maskalı şəxs onun və onunla birgə yaşayan bacısı, 79 yaşlı Fatmanın əllərini və ağzını bağlayaraq pul tələb ediblər.

Bu zaman evdə yaşayan digər ailə üzvləri səs-küyə oyanıblar, buna görə həmin şəxslər evdən qaçıblar. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir