bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Rusiyalı ekspert: “Ermənistanı birlikdə yerinə oturtmalıyıq”

1966 oxunma | Tarix: | 2 ay öncə

Prezident İlham Əliyevin Aşqabadda – MDB Dövlət Başçıları Şurasının zirvə toplantısında çıxışı Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı davranışlarına Soçidə səsləndirdiyi fikirlərin davamıdır.

Bu barədə “Report”a rusiyalı ekspert Yevgeni Mixaylov Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının zirvə toplantısında çıxışını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan rəhbəri Ermənistanda faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə dair MDB ölkələrinin liderlərinin ümumi fikrini ifadə edib: “Əlbəttə, Moskva Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı öz narazılığını bildirdi, lakin analitiklərə görə, bu reaksiya İrəvanda bu cür cəhdlərin qarşısını almaq baxımdan güclü deyil. Fikrimcə, Kreml İrəvanı öz strateji maraqları zonasında saxlamaq naminə ehtiyatlı davranır”.
O xatırladıb ki, Aşqabadda qəbul edilən sənədlər arasında MDB ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinin yolverilməzliyi də qeyd olunub: “Lakin bu muraciətə Ermənistan qoşulursa, dissonans yaranır. Necə ola bilər ki, bu müraciəti faşizmi müxtəlif bəhanələrlə təbliğ edən ölkə imzalasın: “guya, bu bizim qəhrəman Njdedir, siz ona toxunmayın”. Düşünürəm ki, Ermənistanı hamımız birlikdə yerinə oturtmalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir