bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Rusiya yeni odsaçan silahıyla gündəmdə (VİDEO)

1950 oxunma | Tarix: | 3 həftə öncə

Rusiya ordusu yeni TOS-2 ağır oqnomyot sistemlərini orduya daxil edəcək.  Moskvanın Qırmızı Meydanında keçiriləcək Qələbə Paradında yeni döyüş maşınlarının nümayiş ediləcəyi gözlənilir. 

TOS-2 öz sələf sistemlərinin dəyişdirilmiş formasıdır (TOS-1 və TOS-1A). Artıq Rusiyadan kənarda bu hərbi yenilik haqqında danışmağa başlanıb. 2018-ci ildə, hələ silah tam istehsal olunmamış Almaniyanın “Stern” nəşri TOS-2 haqqında məqalə dərc edib. Almanlar Suriyada istifadə edilən TOS-1A “Solnçepek”i həmin yeni silah olaraq zənn ediblər.
TOS-2-yə gəlincə, əvvəlcə bu sistemin “Tosoçka” adlandırılması planlaşdırılıb. Onun taktiki və texniki xüsusiyyətləri təkmilləşdirilib. Sistem təkərlər üzərində hərəkət edəcək. Texnikanın səhrada istifadə edilməsi təcrübəsinə əsaslanaraq belə bir qərar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir