bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Rəsmi Kiyev Baydenlərlə bağlı istintaqa başlamağa hazırdır

1270 oxunma | Tarix: | 3 həftə öncə

ABŞ-ın Avropa İttifaqındakı Daimi Nümayəndəsi Qordon Sondland Tramp administrasiyasındakı yüksək vəzifəli şəxsləri Ukraynanı keçmiş vitse-prezident Co Bayden və oğlu Hanter ilə əlaqəli istintaq başlatmaq üçün inandırmaq səyləri barədə məlumatlandırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin məlumatına görə, Sondland iyulun 19-da, ABŞ Prezidentinin ukraynalı həmkarı  Vladimir Zelenski ilə danışıqlarından bir gün əvvəl Ağ Ev administrasiyasının rəhbərinin səlahiyyətlərini icra edən Mik Malveyni və Energetika naziri Rika Perri də daxil olmaqla bir qrup administrasiya işçisinə elektron poçt göndərib. O məktubunda Zelenskinin Trampı istintaqa başlayacağına inandırmağa hazır olduğunu söyləyib.

“Elə indilərdə Zelenski ilə danışdım. O prezidentin zəngini qəbul etməyə hazırdır. Onu tamamilə şəffaf bir araşdırma aparmaq niyyətində olduğuna inandıracaq və “hər daşı alt-üst edəcək””, -deyə Sondland yazıb. O həmçinin, qeyd edib ki, Ukrayna Prezidenti bu zəngin 21 iyulda baş tutan parlament seçkilərinə qədər reallaşmasını istəyib.

Xatırladaq ki, KİV-də Zelenski ilə Trampın danışıqları zamanı ABŞ-da prezident seçkilərinin gedişinə müdaxilə etməyi nəzərdə tutan təlimat olduğu iddia edilmişdi. Trampın rəqibi Co Baydenin oğlu Hanter Bayden əleyhinə araşdırmalar aparılmasını tələb etdiyi bildirilirdi.  Bu səbəbdən də 24 sentyabrda ABŞ prezidentinə qarşı impiçment də elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir