bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

QHT sədrləri və jurnalistlər Əfqan Muxtarlının azad olunması üçün Prezidentə müraciət etdilər — SİYAHI

890 oxunma | Tarix: | 2 ay öncə

Həbsdə olan jurnalist Əfqan Muxtarlının azadlığa buraxılması ilə bağlı son günlər ölkə rəhbərliyinə ardıcıl müraciətlər edilir. Jurnalistin vəkili Nemət Kərimli ötən gün özünün facebook hesabında müdafiə etdiyi şəxsin sağlıq durumunun ağır olduğu haqda status paylaşmışdı. Bundan sonra bir neçə tanınmış jurnalist, o cümlədən Milli Məclis üzvləri ölkə başçısına Ə.Muxtarlının azadlığı üçün müraciət etdilər.

Oktyabrın 16-da isə Azərbaycanın tanınmış QHT nümayəndələri (37 nəfər) prezident İlham Əliyevə müraciət edərək Əfqan Muxtarlının həbsdən buraxılmasını xahiş ediblər.

Demokrat.az həmin müraciəti təqdim edir:

“Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə Aİ Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Milli Platforma üzvləri tərəfindən

                                                                                     Müraciət
Cənab prezident…

Hazırda 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, 6 il müddətinə azadlıqdan məhrum edilmiş jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimlinin verdiyi məlumata görə, Ə.Muxtarlının sağlamlığına çox ciddi risklər var. Xüsusi ilə də o, şəkər və qan təzyiqi xəstəliklərindən ciddi əziyyət çəkir.

Jurnalist Ə.Muxtarlının sağlamlığındakı bu ciddi riskləri nəzərə alaraq, onun müvafiq tibb müəssisələrində müalicə olunması üçün ən qısa zamanda azadlığa buraxılmasını xahiş edirik.

Hörmətlə,

İmzalar: 
1. Anar Məmmədli – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi

2. Aynurə Abdullayeva – “Yaşıl İşıq” Hərəkatı

3. Bəşir Süleymanlı – Vətəndaş Hüquqları İnstitutu

4. Bəxtiyar Hacıyev – İctimai Siyasət İnstitutu

5. Davud Məmmədov – İctimai fəal

6. Dilarə Əfəndiyeva – Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiəsi Cəmiyyəti

7. Elçin Abdullayev – Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai
Birliyi

8. Elçin Sultanov – Azərbaycan Ornitoloji Cəmiyyəti

9. Eldar Zeynalov – Azərbaycan İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi

10. Əliməmməd Nuriyev – “Konstitutsiya” Araşdırılması Fondu

11. Əvəz Həsənov – Humanitar Tədqiqatlar İctimai Birliyi

12. Əvəz Zeynallı – Jurnalist

13. Günel Səfərova – Vətəndaş Araşdırma və İnkişaf İB

14. Himayət Rizvanqızı – “Himayədar” Humanitar Tərəqqi İctimai Birliyi

15. İlqar Hüseynli – Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar

16. İlqar İbrahimoğlu – Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi

17. Kamran Mahmudov – Jurnalist

18. Leyla Əliyeva – Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi

19. Mehman Hüseynov – Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu

20. Mirvari Qəhrəmanlı – Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyi

21. Natiq Cəfərli – Cümhuriyyət Araşdırmalar Mərkəzi

22. Qalib Toğrul – İqtisadi Tədqiqatlar Mərkəzi

23. Rafiq Təmrazov – Bərabər İmkanlar Mərkəzi

24. Rəsul Cəfərov – İnsan Haqlari Klubu

25. Rövşən Novruzov – Gəncə Uşaq Fondu

26. Ruhəngiz Hüseynova – Qadınlar Arasında Həmrəylik

27. Sabit Bağırov – Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına
Yardım Fondu

28. Samir Əliyev – İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi

29. Şəhla İsmayıl – Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti

30. Sevil Allahverdiyeva – Qadın Problemlərinin Tədqiqatları Mərkəzi

31. Sevil Yüzbaşeva – Eko- Aləm İctimai Birliyi

32. Tatyana Kryuçkina – Jurnalist

33. Vüsalə Hüseynli – Demokratik İslahatçı Gənclər İctimai Birliyi

34. Xalid Ağalıyev – Media Hüququ İnstitutu

35. Xalid Vahidoğlu – Regional İnsan Hüquqları və Media Mərkəzi

36. Zaur Əkbər – Gənclər Klubu İB

37. Ziya Quliyev – Hüquqi Təşəbbüslər Mərkəzi İB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir