bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Qeyri-neft sektoruna 3 mlrd. dollar -İNVESTİSİYA

499 oxunma | Tarix: | 3 il öncə

“Azərbaycanla Avropa Komissiyası arasında “Strateji tərəfdaşlıq haqqında saziş” hazırlanır. Artıq Avropa İttifaqı (Aİ) Avropa Komissiyasına danışıqlar aparmaq hüququ verib”.

 

“Report” xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan biznes-forumunda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

 

Onun sözlərinə görə, son 10 ildə Aİ ölkələrinin Azərbaycana yatırdığı investisiyalar ümumi investisiyaların 46%-ni təşkil edir: “Təkcə qeyri-neft sektoruna investisiyaların həcmi 3 mlrd. dollar civarındadır ki, bu da ümumi investisiya portfelinin 35%-i deməkdir”.

 

Nazir onu da deyib ki, “Şahdəniz” layihəsi üzrə işlər 93% yekunlaşıb: “Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə işlərin 72%-i, TANAP layihəsi üzrə 70%-dən çox, TAP layihəsi üzrə isə işlərin 42%-i yekunlaşıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir