Loading...

“Qarabağ” “Sevilya”ya uduzdu – YENİLƏNİB

3090 oxunma | Tarix: | 2 ay öncə

“Sevilya” hesab arasındakı fərqi artırıb. Əlavə olunmuş dəqiqələrdə Munnas Dabbur ikinci qolu “Qarabağ”ın qapısından keçirib. 

Bununla da hesab 2-0 “Sevilya”nın qələbəsi ilə bitib.

1:15

61-ci dəqiqədə “Sevilya”nın futbolçusu Brian Xil hesabı açdı – 1:0.

00:50

Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində baş tutan “Sevilya” – “Qarabağ” matçının ilk hissəsi yekunlaşıb. Hələlik oyunda qol vurulmayıb – 0:0.

00:01

UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində keçirilən “Sevilya” – “Qarabağ” matçı başlayıb.

Matç Sevilyanın “Ramon Sançes Pisxuan” stadionunda keçirilir.

22:52

UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində “Sevilya” – “Qarabağ” klubları arasında noyabrın 28-də İspaniyada keçiriləcək qarşılaşma üçün komandaların start heyətləri açıqlanıb.

“Qarabağ”ın  heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rahil Məmmədov, Abbas Hüseynov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Zubir və Xayme Romeo yer alıblar.

“Sevilya”nın heyətində isə meydana Bunu, Poso, Serxio Qomes, Daniel Karrisu, Eskudero, Roni Lopeş, Qudel, Oliver Torres, Munir, Dabbur və Ernandes çıxacaqlar.

Qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Məhəmməd Əl-Hakimidir.

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir