bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“…onsuz da o kanala baxan yoxdur”

2790 oxunma | Tarix: | 4 həftə öncə

Xəbər verdiyimiz kimi, “Eurovision 2011” qalibləri Nigar Camal və Eldar Qasımov yenidən bir araya gəlib. Onlar AzTV-də aparıcılığa başlayıb. Eldar və Nigar bundan sonra “Telesəhər” proqramında aparıcılıq edəcək. 

Nigar Camal verilişlərinin ilk fotolarını sosial şəbəkədə paylaşıb. İzləyicilərindən biri onun niyə məhz AzTV də işə başlamağının səbəbini soruşub: “Xeyirli olsun sənin üçün!  Bu boyda kanallar olan ölkədə niyə  AzTV?  Amma bir şeyi yaxşıdır ki, ürəyiniz nə istəyirsə, edə və deyə bilərsiniz, onsuz da o kanala baxan yoxdur”.

Nigar Camal sözügedən şərhə “Ona görə ki, AzTV-də sadəcə səviyyəli insanlar işləyə bilər”, – deyə cavab verib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir