bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Onlar Ramiz Mehdiyevdən artıqdılarmı? – Nəyi gözləyirsiz?

5330 oxunma | Tarix: | 4 həftə öncə

Yaşı 70-i haqlamış bir neçə içra başçısı istefa vermək niyyətində deyil. Bizimxeber.az-a daxil olan məlumata görə, olduqca yaşlanan və səhhətlərində ciddi problemləri olan, 70 yaşı ötmüş bir neçə icra başçısı hələ də gözləməkdədir. Ölkədə kadr islahatlarının aparıldığı bir zamanda belə məmurların susması, həmçinin belə demək mümkündürsə gizlənməsi artıq başa düşülən deyil.

Kifayət qədər iri ranqlı məmurların bir  neçə gün əvvəl sayğı göstərərək istefa ərizəsi yazması görünür bu şəxslər üçün ibrət dərsi yaratmayıb.

Məsələn, yaşı 70-i haqlamış, ciddi şəkər və təzyiq  xəstəliyindən əziyyət çəkən İsmayıllının icra başçısı Mirdamət Sadıqov niyə istefa vermək istəmir?  Ramiz Mehtiyev kimi şəxsin istefaya göndərilməsi, Əli Həsənovun istefa ərizəsi yazması bu icra başçıları üçün yetərli deyildimi? Onları hansı xüsusiyyətlərinə görə, bu vəzifələrdə saxlamaq lazımdır?  Ümumiyyətlə, Mirdamət Sadıqov üçün vəzifə bəs deyilmi? Üzüsulu, hörmətli getmək olmazmı? Uzun illərdən sonra belə bir hörməıtli şansdan yararlanmaq onlara başucalığı gətirməzmi?

Bizimxeber.az-a verilən bilgilərə görə, bugünlərdə Mirdamət Sadıqov yaxın ətrafının yanında “mən istefa yazmayacam, hələ uzun müddət işləyəcəm” deməsi hər kəsdə təəccüblə qarşılanıb. Həmçinin onun gənc icra başçıları barədə dediyi “işləyə bilməyəcəklər, onların işi deyil icra başçısı olmaq” kimi fikirləri ölkə rəhbərliynin kadr islahatlarını kölgə salmırmı?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir