Loading...

Neftin qiyməti sürətlə bahalaşır: Rekord qeydə alındı

12170 oxunma | Tarix: | 2 həftə öncə

İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaninin öldürülməsindən sonra yaranan siyasi gərginlik dünya bazarlarında neftin qiymətinin sürətlə bahalaşmasına səbəb olub.

Dünya birjalarında bu gün “Brent” markalı xam neft daha 2,4% bahalaşıb və 70,24 dollar/barelə çatıb. Bu son 6 ayda ən yüksək göstərici hesab edilir.

ABŞ-ın WTI markalı xam neftinin qiymətində də artım var. Son olaraq WTI-ın qiyməti 2,1% yüksəlib və 64,36 dollar/barel təşkil edib.

Qeyd edək ki, ABŞ hərbi qüvvələrinin yanvarın 3-də Bağdad hava limanına endirdiyi hava zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymani və İraqdakı şiə milislərinin – “Haşdi Şabi”nin komandan köməkçisi Əbu Mehdi əl-Mühendis də daxil olmaqla 10 nəfər həlak olub.

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir