Loading...

Natiq Əliyev Putinlə görüşə çatmadı

668 oxunma | Tarix: | 3 il öncə

Dünyasını dəyişmiş Azərbaycanın energetika naziri Natiq Əliyev bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində açılan “Gələcəyin Enerjisi” EKSPO-2017-in beynəlxalq sərgisində Azərbaycanın milli komissarı olmalı idi.

 

Virtualaz.org Qazaxıstan paytaxtından xəbər verir ki, bu axşam baş tutacaq açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının lideri Si Tsinpin və başqa dövlət başçılarının iştirakı gözlənilir.

 

Xatırladaq, EKSPO-2017 sərgisi ekoloji təmiz enerjinin alınması və karbon qazı tullantılarının azaldılmasıının müxtəlif üsullarına həsr edilib. Tədbirdə 115 ölkə və 22 beynəlxalq təşkilat iştirak edir.

 

 

 

 

 

 

 

 

Hər bir iştirakçı dövlət alternativ enerji sahəsində şəxsi pavilyonunu təqdim edəcək.

“Odlar Yurdu — keçmişdən gələcəyə enerji” adlanan Azərbaycanın milli pavilyonu 403,3 kvadratmetr sahəni əhatə edir.

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir