bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Mühacir alveri Müsavatı qarışdırdı: “Utanıın…”

1290 oxunma | Tarix: | 3 həftə öncə

Azərbaycandan Almaniyaya miqrant daşıyan dəstənin saxlanılması Müsavat Partiyası ilə bağlı “mühacir alveri” iddialarını yenidən gündəmə gətirib. Noyabrın 13-də alman polisi Almaniyanın Frankfurt Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirilib, 13 ev vә obyektә basqın edilərək, bir neçә nәfәr hәbs olunub. Məlumatda bildirilir ki, hәmin dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya aparırmışlar.

Onlar ən azı 20 nəfəri Azərbaycandan Almaniyaya 3000 ilə 10.000 avro arasında qaçaqmalçılıqda ittiham edirlər. Saxlanılanlar arasında Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin (AKM) sədri İlham Həsənov, onun müavini Mehdi Xəlilbəyli və AKM-in üzvü Abdin Cavadov da  var.

Hələ bir müddət əvvəl Müsavat Partiyası AKM vasitəsilə mühacir alverində ittiham edilirdi. Müsavatı ittiham edənlər bu partiyanın tanınmış üzvləri Yadigar Sadıqlı, Alya Yaqublu, Könül Şamilqızı və başqaları idi. Lakin Müsavat Partiyasının rəhbrəliyi ittihamların əsassız, bu mövzunu gündəmə gətirənlərin isə Azərbaycan hakimiyyəti ilə təmasda olduğunu iddia edirdi. Bildirilirdi ki, Müsavatın mühacir alverində ittiham edilməsi hakimiyyətin bu partiyaya qarşı apardığı çirkin kampaniyanın hissəsidir.

Lakin indi deyilənlərin heç əsassız olmadığı üzə çıxır. Hər halda AKM-in üzvlərini Azərbaycan polisi saxlamayıb ki, bunu YAP iqtiarının aktivinə yazıb Müsavat qarşı təzyiq kampaniyasının tərkib hissəsi kimi qiymətləndirəsən. Əməliyyatı keçirən alman polisidir və saxlanılanlar arasında qeyri-müsavatçılar var.

Maraqlıdır ki, dünən keçirilən və bir neçə saat sonra ictimailəşən olay barədə Müsavat rəhbərliyi hələ heç bir açıqlama ilə çıxış etməyib. Müsavatı “mühacir alveri”ndə ittiham edənlər isə partiya rəhbərliyinin mübhəm sükütunu şübhəli əməllərin təsdiqi kimi dəyərləndirirlər.

Müsavat üzvü Alya Yaqublu yazır ki, partiya rəhbərliyi bu məsələni qabardanları düşmən elan etmişdi: “Bizi bu adamlara görə düşmən elan elədilər. Onlara qarşı çıxdığımız üçün. Şəxsən mənə buna görə “Sizin maraqlarınız hakimiyyətin maraqlarıyla üst-üstə düşür” dedilər.

Halbuki böyük Rəsulzadə hələ 100 il qabaq xəbərdarlıq eləmişdi, “Şübhəsiz, həqiqət bir gün parlayacaqdır” demişdi. Tərifləyənlər və dəstəkləyənlər, utanıın. Susanlar, siz də”.

Könül Şamilqızı təxminən eyni məzmunlu fikirlər səsləndirib: “Biz bu statusda adı keçən dələduzlara görə “pis” olduq. Bizi bu alverçilər üzündən “daxili düşmən” elan elədilər.

2017-ci ilin əvvəlindən başlayaraq bu biabırçılığı Müsavat daxilində dilə gətirib etiraz edən, şəffaflıq, hesabatlılıq tələb edən hər kəs düşmən elan edildi, damğalandı, aşağılandı başında “rəhbər”lərin durduğu güruh tərəfindən.

Həyatımız, mübarizəmiz, illərimiz, bütün səmimi inanclarımız və düşüncələrimiz məhz bu dəllallardan hesabat istədiyimiz üçün yox sayıldı, əməyimiz bunlar üzündən itirildi.

Bu alverçilərin elədiklərini eşitdiyim, sonra davranışlarını qrupda gördüyüm ilk günlərdə demişdim: mən bu biabırçılığa ortaq olmayacam – nəyə başa gəlirsə gəlsin. Bu, mənim Müsavata, Rəsulzadəyə borcum idi. Çox şükür, həqiqət parıldayır və biz utanası tərəfdə deyilik!

Üzülürəmmi? Bu adamlar və məhz bu alverçiləri “fədakar”, bizi “düşmən” adlandıranlar adına zərrə qədər üzülmürəm. Amma Müsavat adına çox, çox, çox üzgünəm!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir