Loading...

MSK deputatlığa namizədi 20 il “cavanlaşdırdı” – Foto

4710 oxunma | Tarix: | 1 həftə öncə

Mərkəzi Seçki Komisiyası (MSK) namizədliyi qeydə alınan jurnalist haqqında yol verdiyi nöqsanı aradan qaldırıb. MSK-nın rəsmi saytında namizədlərin siyahısı yerləşdiriləndə jurnalist Rufik İsmayılovla bağlı səhvə yol verilib. Belə ki, jurnalistin təvəllüdü 25.06.1982 əvəzinə, 09.02.2002 göstərilib.

Bu gün isə Komissiya sözügedən texniki səhvi düzəldib. R. İsmayılov saytımıza açıqlamasında çoxsaylı müraciətindən sonra düzəliş olunduğunu söyləyib: “MSK saytının İnformasiya Mərkəzi bölməsində namizədlərin siyahısı yerləşdirilib. Mən öz adıma baxanda fərqinə vardım ki, təvəllüdüm 25.06.1982 əvəzinə, 09.02.2002 göstərilib. Dairə Seçki Komissiyasında məni xeyli “gəncləşdiriblər”. Bununla bağlı ilk olaraq DSK-ya məlumat verdim. Daha sonra MSK-nın “qaynar xətt”inə məlumat verdim.  MSK bunun texniki səhv olduğunu, aradan qaldırılacağını dedi. DSK da açıqlama verdi ki, mənə qarşı hər hansı qərəzləri yoxdur. Bu gün “qaynar xətt” yenidən zəng etdim, müraciətimin qeydə alındığını dedilər. Artıq axşam saatlarına doğru mənimlə bağlı olan səhvi düzəltdilər”.

Namizəd seçkilərə hazırlıq prosesi haqqında da danışıb:

“İndiyə qədər bir namizəddən nə tələb olunursa, bütün bu prosedurları yerinə yetirmişəm. Hazırda Goranboydayam. Təbliğat-təşviqat kampaniyası ayın 17-si başlayacaq və mən həmin vaxtda hər bir kənddə seçicilərlə görüşəcəm.

Məntəqələrdə xüsusi guşələr ayırıblar. Orada yapışdırmaq üçün plakatlarımı hazırlamışam. Broşurlarımız da hazırdır. Qaydalara görə, mən öz hesabıma pulu köçürməli, çap məhsulları hazırlayan şirkətə elektron qaydada ödəməliyəm. Bu məsələni də həll etmişəm.

Təbliğat-təşviqat mərhələsində dediyim kimi, hər bir kəndə şəxsən gedəcəyəm. Seçicinin ayağına gedərək, şəxsən görüşüb, özümü təqdim edəcəyəm. Sualları olarsa, cavablandıracağam.

Vətəndaşlar etimad göstərib, səs verəcəklərsə, yerli sakinlərin vəkili olmaq hüququnu qazanacağamsa, problemlərin aradan qalxmağı ilə məşğul olacağam. Əsas hədəfim odur ki, seçildim, itib batmayım. Həmişə seçicilərin arasında olum”. /Modern.az/

MSK deputatlığa namizədi 20 il “cavanlaşdırdı” - Foto
Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir