bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Mirşahinlə Arif Hacılının müsahibə davası

2350 oxunma | Tarix: | 3 həftə öncə

Real Televiziyasının rəhbəri Mirşahin Ağayev və Müsavat partiyasının başqanı Arif Hacılı arasında sosial şəbəkədə mübahisə yaşanıb. Sözügedən TV-nin əməkdaşı Mahir Məmmədli Almaniyadakı mühacir alverində ittiham olunaraq saxlanıldığı bildirilən Müsavat üzvləri ilə bağlı A.Hacılıdan müsahibə götürmək üçün müraciət edib, lakin partiya rəhbəri bundan imtina edib. 

Bu barədə feysbukda paylaşılan “post”un şərh bölməsində Arif Hacılı və M.Ağayev arasında kəskin müzakirə gedib.  A.Hacılı bildirib ki, onun deyəcək sözü olsa da, Real TV-yə danışmaq istəmir: “Çünki siz jurnalistika ilə yox, təxribatla məşğulsunuz”.

Real TV rəhbəri isə partiya başqanının ucuz populizmlə məşğul olduğunu bildirib: “Özün də bilirsən ki, bu saat səmimi deyilsən, sadəcə publikaya, daha doğrusu publikana, lap doğrusu qaragüruha oynayırsan. Biz və ya mən səndən də, təmsil etdiyin qurumun başqa üzvlərindən də lazım bildiyimiz vaxtlarda müsahibə istəmişik və almışıq! Bu bazar günü sənin eksport-import biznesin də daxil olmaqla dırnaqarası mühacir məsələsindən danışacam”.

Arif Hacılı da M.Ağayevi etik davranmağa çağırıb: “Bir partiya başqanı ilə sən deyə danışmanız etika səviyyənizi, mənim açıqlamalarından xəbərsiz olmağınız isə jurnalist olmadığınızı göstərir”.

Növbəti dəfə M.Ağayev daha sərt formada reaksiya verib: “Arif, mən sənə heç vaxt “siz” deyə müraciət etməmişəm. Bir fakültəni bitirmişik, sən də mənə “sən” demisən, yaddaşını silkələ. Hansısa başkan, daşkan, boşqan və s. tipli fonemlər isə səni dəyişmir. Zəif və iradəsiz biri, bədii, siyasi və ictimai məzmun etibarilə zəif kəssən. Belə də olacaqsan həmişə”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir