Loading...

Lukaşenkodan idmançılara xəbərdarlıq: “Əliboş qayıtsanız ölkəyə qayıtmayın”

3850 oxunma | Tarix: | 2 ay öncə

Belarus Prezidenti Aleksandr Lukaşenko Milli Olimpiya Komitəsinin iclasında uğursuz çıxış edən idmançılar haqqında danışıb. Lukaşenko 2019-cu ildə belarus idmançılarının dünya çempionatlarında Olimpiya proqramına aid olan növlər üzrə cəmi 8 medal qazandığını bildirib.

O deyib ki, idmançılar üçün hər cür şərait yaradılıb. İdmançıların başqa nəyə ehtiyacı olduğu ilə maraqlanıb. Bundan başqa, Lukaşenko idman sahəsində cavabdeh olan məmurlara gələn il Tokioda keçiriləcək Olimpiya oyunları ilə bağlı xəbərdarlıq edib: “Əgər siz turistlər kimi ora gedib, əliboş qayıdacaqsınızsa, ən yaxşısı, qayıtmayın. Mən bunu sizə Prezident kimi deyirəm”.

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir