bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Lukaşenko Rusiyanı məzəmmət etdi: Bizə silah vermirlər…

1510 oxunma | Tarix: | 4 həftə öncə

Belarusiya Prezidenti Aleksandr Lukaşenko Belarus ordusunun müasir silahlarla təmin edilməsində Rusiya yardımının olmamasından gileylənib. 
Lukaşenko Təhlükəsizlik Şurası və Dövlət Sərhəd Komitəsi nümayəndələrinə verdiyi müsahibədə Minskin öz növbəsində Rusiya sərhədlərinin təhlükəsizliyini təmin etdiyini xatırladıb. Prezident bu haqda öz hesablarına aldıqları Su-30SM qırıcıları haqda danışarkən deyib. “Elə isə bəs niyə bizə kömək etmirsiniz?” – Lukashenko sual edib. O qeyd edib ki: “Biz müasir silahları işlətməyi ruslardan pis bilmirik”.
Qeyd edək ki, Minsk Rusiya ilə sərhədləri qorumaq üçün qarşılıqlı səylər haqqında ortaq razılaşmaya düzəlişlər etmək təşəbbüsü ilə çıxış edib. Söhbət 1995-ci ildən bəri qüvvədə olan razılaşmadan gedir.
BelTA-nın verdiyi məlumata görə, Təhlükəsizlik Şurasının katibi Stanislav Zas bu razılaşmanın bəzi müddəalarının öz aktuallığını itirdiyini qeyd edib: “Keçən xeyli vaxtda vəziyyət çox dəyişib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir