Loading...

Lukaşenko KQB əməkdaşını administrasiyaya rəhbər təyin etdi – Video

1730 oxunma | Tarix: | 2 ay öncə

Belarus Dövlət Təhlükəsizlik Komitəsi (KQB) sədrinin birinci müavini, general-mayor İqor Sergeyenko Prezident Administrasiyasının rəhbəri təyin edilib. 59 yaşlı Nataliya Koçanova Prezident Administrasiyasının rəhbəri vəzifəsini tərk edib. Üç il PA-da işləyən Koçanova Prezident kvotası ilə Respublika Şurasına göndərilib.

Belarus Prezidenti Aleksandr Lukaşenko 56 yaşlı Sergeyenkonun bu vəzifəyə gətirilməsini onun KQB-dəki fəaliyyətindən razı qaldığı ilə əsaslandırıb. Lukaşenko yeni rəhbərlə görüşü zamanı qeyd edib ki, administrasiya prezidentin siyasi qərargahı və faktiki olaraq onun “üzü”dür.

“Siz vətənpərvər, fədakar bir insansınız, təcrübəli bir insansınız. Hamı üçün elə bir şəkildə çalışmalıyıq ki, yeni nəsil gəlib başladığımız işləri davam etdirə, ölkəni xilas edə bilsin. İndi ölkəni xilas etməliyik”, -deyə Belarus lideri Sergeyenkoya müraciətində bildirib.

Lukaşenkonun fərmanı ilə Olqa Çupris isə PA rəhbərinin müavini təyin edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir