Loading...

İsveçdə İbrahimoviçin heykəlini aşırdılar – FOTO

17310 oxunma | Tarix: | 2 həftə öncə
İsveçin Malmö şəhərində futbolçu Zlatan İbrahimoviçin şərəfinə ucaldılan heykəl aşırdılıb.

“Aftonbladet” xəbər verir ki, naməlum şəxslər heykəlin ayaqlarını kəsib və o arakəsmənin üstünə aşıb.

Bundan əlavə heykəlin başına taxılmış sviterdə “İsveç”, abidənin yanına qoyulan yazıda isə “yığışdırılsın” sözləri yazılıb.

İbrahimoviçin üç ay tarixi olan heykəli artıq bir neçə dəfə vandalların hücumuna məruz qalıb. Futbolçu vaxtı ilə oynadığı “Malmö” klubunun əzəli rəqibi sayılan “Xammarbü”nün səhmlərini aldıqdan sonra fanatlar ona qəzəblənib. “Malmö” azarkeşləri bunu satqınlıq hesab edərək İbrahimoviçin heykəlini yandırıb, sonra isə burnunu kəsiblər.

Xatırladaq ki, İbrahimoviç dekabrın sonunda “Milan” klubu ilə yeni müqavilə imzalayıb.

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir