bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

ING -dən Azərbaycanda artım proqnozu – 1,6%

590 oxunma | Tarix: | 3 il öncə

Hollandiyanın ING bankı 2017-ci ildə Azərbaycanda ÜDM-in 1% azalacağını proqnozlaşdırır. “APA-Economics” “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə bankın proqnozunda qeyd edilib. Bankın proqnozuna əsasən, 2018-ci ildə Azərbaycanda 1,6% səviyyəsində iqtisadi artım baş verəcək.

“2017-ci ilin 4 ayının nəticələri göstərir ki, Azərbaycanda 1,2% səviyyəsində iqtisadi geriləmə mövcuddur. Bu səbəbdən biz proqnozumuzu dəyişərək bu il Azərbaycanda ÜDM-in 1% azalacağını (bundan əvvəl bank 1% artım proqnozlaşdırıb) proqnozlaşdırırıq”, – deyə bankın analitikləri qeyd edib. Bankirlər hesab edir ki, neft və qaz hasilatının 2,5-5% azalması 2017-ci ildə iqtisadi artımı zəiflədəcək. Belə ki, neft sektorunun ÜDM-də payı 42% təşkil edir.

Qeyd edək ki, Azərbaycan hökuməti 2017-ci ildə ÜDM-in 1% artacağını proqnozlaşdırır. Əlavə edək ki, ötən il Azərbaycan iqtisadiyyatı 3,8% geriləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir