Loading...

İdmanla məşğul olan deputlarımız: Tahir Kərimli Leninə görə idmanı atıb…

22570 oxunma | Tarix: | 2 həftə öncə

Ən çox siyasi səhnədə görməyə alışdığımız insanların hansı idman növü ilə məşğul olduqları yəqin ki, hər kəs üçün maraq doğurur. Bu mənada azərbaycanlı siyasətçilər, xüsusilə partiya sədrlərinin siyasətdən kənar həyatı, hansı idman növü ilə məşğul olması diqqəti çəkir.

Hafiz Hacıyev boksyor imiş…

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev vaxtilə boksla məşğul olduğunu söyləyir:

“Son vaxtlar isə evdə yadıma düşəndə həvəskar şəkildə boksla məşğul oluram. Amma işin-gücün əlindən vaxt tapa bilmirəm”.

Tahir Kərimli Leninə görə idmandan imtina edib…

Vəhdət Partiyasının sədri Tahir Kərimli isə hüquqşünas olmaq üçün məşğul olduğu bütün idman növlərindən imtina edib:

“Mənə gəncliyimdə həmişə deyirdilər ki, hansı idman növünə əl atsan, yaxşı uğur qazana bilərsən. Bir dəfə Leninin tərcümeyi -halını oxudum. Yazılmışdı ki, Lenin vəkil olan zaman çox yaxşı şahmat oynayırdı. O bu sənətə görə, şahmatı atıb. Bunu oxuyandan sonra mən də hüquqa görə bütün idman növlərindən imtina etdim.

Amma həmin vaxta qədər iki dəfə Ağsu rayonunda hərbi idman oyunları üzrə komandanın kapitanı olmuşam”.

Araz Əlizadə idmandan uzaqdı…

Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə də indi heç bir idman növü ilə məşğul olmur:

“Amma gəncliyimdə futbola, qaçışa, üzgüçülüyə maraq göstərmişəm”.

Asim Mollazadə tennislə məşğul olub…

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də idman sahəsinə maraq göstərən siyasətçilərimizdəndir:

“Mən zamanında tennis oynamışam. Amma peşəkar idmanla məşğul olmamışam. Hazırda isə ancaq gəzirəm”.

İqbal Ağazadə peşəkar ağırlıqqaldırma ilə məşğul olub…

Ümid Partiyasının sədri İqbal Ağazadə isə ağırlıqqaldırma ilə peşəkar məşğul olub:

“1987-1988-ci illərdə SSRİ Silahlı Qüvvələri arasında ağırlıqqaldırma üzrə ikinci yeri tutmuşam. Amma hazırda bununla məşğul deyiləm, sadəcə qaçmağa üstünlük verirəm”.

Arif Hacılı azarkeşlik edir…

Müsavat Partiyasının başqanı Arif Hacılı da əvvəllər idmana maraq göstərib:

“Uzun illər futbolla məşğul olmuşam. İndi isə müəyyən səbəblər üzündən futbolla məşğul olmuram. Futbol həm də azarkeşlik etdiyim idman növüdür”.

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir