Bizimxeber

Online informasiya portalı

İcra başçısı birinci müavin təyin etdi – FOTO

3810 oxunma | Tarix: | 1 ay öncə

Gəncə Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub. Səməd İsaq oğlu Tomuyev şəhər icra başçısının birinci müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Tomuyev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri sektor müdiri vəzifəsində çalışıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini isə bundan əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Xaçmaz rayonunun icra başçısı təyin olunmuş Elnur Rzayev icra edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir