bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Goranboyda nə işlər çevrilir?.. – İDDİA

390 oxunma | Tarix: | 5 gün öncə
Bu ilin aprelindən Goranboy RİH rəhbərliyinə gətirilən Məhərrəm Quliyev deyəsən, əvvəlki vəzifəsində – Ağstafanın icra başçısı postunda olarkən sərgilədiyi davranışları təkrarlamaq eşqinə düşüb. Bu barədə DİA.AZ-a Goranboydan daxil olan müraciətdə deyilir.
Qeyd edək ki, 8 illik fəaliyyəti boyunca Ağstafa yalnız narazılıq yaratmaqla, küçələrdə cangüdənlə gəzməklə diqqətə gələn Məhərrəm Quliyev Goranboya təyin olunanda onun yeni siyasətə ayaq uyduracağı, köhnə prinsiplərdən bilmərrə imtina edəcəyi ehtimal olunurdu. Amma dia.az-a daxil olan müraciətdən belə aydın olur ki, Məhərrəm Quliyev heç də yeniləşən əhval-ruhiyyənin məmuru ola bilmir.

Müraciətdə deyilir: “Bu gün Goranboyda özünə yeno komanda qururmuş kimi görünən Məhərrəm Quliyev əslində, vəzifələri satışa çıxarıb. Bunu rayonda bilməyən yoxdur. Araşdırsınlar, görək, son təyinatlar hansı prinsip əsasında baş tutub… Buradan hər şey aydın olacaq”.

Qeyd edək ki, müraciət müəllifi əlavə ittihamlar da səsləndirib ki, bu barədə araşdırma apardıqdan sonra daha geniş bilgiləri təqdim edəcəyik.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir