bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Fatimədən Günellə bağlı şok açıqlama: “Dərmana oturub” – Video

2610 oxunma | Tarix: | 4 həftə öncə

Rəqqasə Fatimə Fətəliyeva dərmanla arıqlayan məşhurları biabır edib. “ATV Maqazin 10-larla” verilişində açıqlama verən rəqqasə müxtəlif dərmanlar və çaylarla arıqlayanların vəziyyətlərinin yaxşı olmadığını bildirib.  “Pişik” ləqəbli Güneli biabır edən Fatimə ona söz atıb:

“Özünə pişik deməsin. Artıq pişiklik bir şey qalmayıb. Arıqladıcı dərmanlardan da uzaq olsun. Çünki həmin insanlarda vəziyyətin yaxşılığa doğru getmədiyini eşitmişəm. Dərmanlardan uzaq olmayı tövsiyə edirəm. İnsan vücuduna ziyandir. Məşhurlar həmin dərmanlarla kilo verdiklərinə sevinirlər. Amma sonra onun fəsadları olur”.

Rəqqasə özünü formada saxlamasına görə rəqsə borclu olduğunu bildirib: “İnsanın vücudunu, ruhunu sağlam saxlayan rəqs və musiqidir”.

Qeyd edək ki, bir müddət öncə adı dərman qalmaqalında hallanan Günel dərmanla arıqladığını, heç bir pəhriz saxlamadığını etiraf edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir