Loading...

Elnur Aslanov və komandası “yada düşmək” planını işə salıb

4610 oxunma | Tarix: | 2 ay öncə

Son günlər keçmiş şöbə müdiri Elnur Aslanov və komandasının yenidən siyasi meydana dönüşü ilə bağlı bəzi mətbu orqanlarda məlumatlar yayılır. Məlumatlarda qeyd olunur ki, Elnur Aslanov və komandasının bəzi üzvlərinə guya hakimiyyət tərəfindən yaşıl işıq yandırılıb və onlara yenidən etimad göstəriləcək. Həmçinin guya Elnur Aslanova Prezident Administrasiyasında yüksək veriləcəyi barədə xəbərlər yayılır. 

Bizimxeber.az xəbər verir ki, yayılan məlumatlar Elnur Aslanovun komandasının ağlının məhsuludur və onlar bu yolla yenidən gündəmə gəlmək üçün “nəbz ölçürlər”. Heç bir siyasi dəstək ala bilməyən və “vurulmuş kadr” statusunu özündə saxlayan Elnur Aslanov bu yolla yuxarıların diqqətini özünə cəlb etməyə çalışır.

Mənbə bildirir ki, bu gün cəmiyyətin yüksək təbəqəsinin biznesmen, korrupsiyalaşmış məmur və övladlarına qarşı olan münasibəti bəllidir. Həmçinin son islahatların keçirilməsində məqsəd bu kimi neqativ halların aradan qaldırılmasına yönəlib.

Bütün bunların fonunda biznesmen məmur övladlarının yenidən seçki prosessində aktivləşməsi keçirilən növbədənkənar Parlament seçkilərini kölgə altına almaq kimi qiymətləndirilə bilər. Elnur Aslanov iqtidarda təmsil olunduğu dövrdə yüksək iddialarına, gizli işlər çevirdiyinə görə siyasi hakimiyyətin qəzəbinə tuş gələrək, komandadan qovulan məmurlardandır.

Mətbuat yazırdı ki, 2007-ci ildə Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilən Elnur Aslanov bir müddət sonra öz komandasını yaratmağa başladı. O zaman “gülənçilər”, “nurçular” adlandırılan, Türkiyədəki çevriliş cəhdlərindən (2012-ci ildən başlayaraq-red.) sonra FETÖ terror təşkilatı kimi tanınan qrupdan maddi və siyasi dəstək aldığı iddia edilən Elnur Aslanov, bunun sayəsində “İrəli” Gənclər Hərəkatının və YAP-dakı gənclərin liderinə çevrilmişdi.

Bəzi mənbələr tərəfindən FETÖ-nün “Azərbaycan imamı” adlandırılan Elnur Aslanov Gülən şəbəkəsinin Azərbaycanda hakimiyyəti ələ keçirmək planının tərkib hisəsi sayılırdı. Bu məqsədlə bir zamanlar FETÖ-nün bütün qüvvəsini səfərbər etdiyi, müxtəlif planlar, oyunlar qurduğu da sirr deyil.

Bu şəxslərin yenidən aktivləşməsi, hətta parlamentdə yenidən təmsil olunması Azərbaycana gələcəkdə ciddi başucalığı gətirə bilməz.

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir