bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Elmira Süleymanova istefa ərizəsi yazdı

2650 oxunma | Tarix: | 4 həftə öncə
Ancaq artıq həm yaşı, həm də səhhətinin ona vəzifəsini tam icra etməyə imkan vermədiyi barədə vaxtaşırı deputatlar, hüquq müdafiəçiləri, siyasətçilər tərəfindən açıqlamalar verilir. Ötən il Elmira Süleymanova illik məruzə ilə çıxış etdikdən sonra deputatlar onun fəaliyyətini sərt şəkildə tənqid etmişdilər. Yeni başlayan payız sessiyasından az öncə isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli sessiyada yeni ombudsmanın təyinatı məsələsini gündəmə gətirəcəyini açıqlamışdı.
O qeyd etmişdi ki, mütləq parlament rəhbərliyinə bu fikri çatdıracaq, çünki bu məsələyə baxılmalıdır: “Deyə bilərəm ki, proses çox ləngiyir. Hesab edirəm ki, bu məsələni həll etməyin zamanıdır. Qanunvericiliyə əsasən, yeni ombudsman təyinatı olmursa, köhnə ombudsman səlahiyyət müddəti bitdikdən sonra vəzifəsinin icrasını davam etdirir. Təbii ki, bu məsələ prezidentin səlahiyyətində olduğundan gözləyirik. Güman ki, cənab prezident müvafiq addımlar atacaq.
Deyə bilmərəm yeni ombudsman gənc, ya da yaşlı olsun. Düzdür, insanların hamısı arzulayır ki, daha çalışqan biri bu postu tutsun. Ombudsman bütün ölkələrdə çox yüksək konstitusion vəzifədir. Əsas odur ki, insanların hüquqlarına çox həssas yanaşa bilsin”.
Başqa bir məlumata görə, Milli Məclisin növbəti iclaslarının birində yeni ombudsman məsələsi müzakirə ediləcək. İstisna deyil ki, prezidentin təqdimatı parlamentə daxil olsun. Azərbaycanın ikinci ombudsmanının hazırda parlament üzvü olan vəzifəli xanım deputatlardan biri olacağı da əldə etdiyimiz məlumatlar sırasındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir