bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Əli Həsənova məxsus Kaspi.az-da daha bir fırıldaq – Kimi aldadırsız?

1150 oxunma | Tarix: | 5 gün öncə

Noyabrın 29-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri vəzifəsindən azad edilən Əli Həsənova məxsus olan “Kaspi” qəzetinin elektron versiyasında daha bir yalan üzə çıxıb.

Bizimxeber.az xəbər verir ki, Kaspi.az-ın online versiyasında “liveinternet” statistika proqramında ciddi formada şişirdilmiş rəqəmlər göz qamaşdırır.

Hazırda 280 (online) nəfərin saytda olduğu qeyd olunsa da, gün ərzində sayta giriş sayı 3500-nəfəri keçmir. Bu isə açıq aydın göstərir ki, Həsənovun komandası “liveinternet”ə barmaq edib. Adi riyazi hesablamaya görə, əgər saytda hazırda 280 nəfər varsa və bu bir saat belə dəyişməz qalarsa azı 12-13 min oxucu deməkdir. Bu “static”-də isə rəqəmlər 4000 oxucunu keçmir.

Ümumiyyətlə, Azərbaycanda bünövrəsi Əli Həsənovun nəzarət etdiyi media orqanlarında qoyulan və bu günə kimi davam edən şişirdilmiş oxunma sayı problemi hələ də qalmaqdadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir