bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Əbülfəz Məlikova Gömrükdə yüksək vəzifə… Monopolistlikdən Generala doğru…

6670 oxunma | Tarix: | 3 həftə öncə

Adı uzun illər gömrük monopolisti kimi tanınan, “TransBroker” MMC-nin sahibi, gömrük polkovniki Əbülfəz Məlikov yeni vəzifəyə gətirilir. Bizimxeber.az-a daxil olan məumata görə, Gomruk Komitəsinin sədri Səfər Mehdiyevlə yaxın olan, bir birlərinə dəstək olan dostlar (Aydın Əliyevi bir yerdə aşırmışdılar) bu gün də əl-ələ verib “işləyir”lər. 

Gömrükdə yaradılan bütün “sistem”lərdə xüsusi barmağı olan Ə.Məlikovun fikir və ideyalarından yararlanan S.Mehdiyev nəhayət dostu Məlikova yeni və yüksək vəzifə vermək qərarına gəlib.  Komitə sədri Məlikovu Gömrük generalı kimi görmək istəyir.

Hazırda Abşeron Loqistika Mərkəzinə rəhbərlik edən, Ələt Limanı kimi strateji məkanı əlində saxlayan Əbülfəz Məlikov Gömrük Komitəsinin ən yüksək mərtəbələrinə doğru addımlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir