Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Əbülfəz Məlikov milyon manatlarla olan vergi borcunu niyə ödəmir?

3910 oxunma | Tarix: | 3 həftə öncə

Ölkədə monopolist məmurlara məxsus böyük şirkətlərin külli miqdarda vergidən yayınması barədə dəfələrlə tirajlı məlumatlar yayılıb. Eks vergilər naziri Fazil Məmmədovun bu monopolistlərlə “paket vergi” qaydaları ilə işləməsi də kimsəyə sirr deyil. Amma bəzi monopolistlər var ki, hələ də dövlət büdcəsinə olan vergi borcunu ödəməyib. Bunlardan biri, Gömrükdə uzun illər milyonlar qazanan, nəzarətindəki “broker”ləri konkret vergi borcuna salan “Trans Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovdur.

XƏBƏRLƏR:  ReAl-ın komitə başqanından Azər Qasımlıya sərt tənqid: “Bu da sizə demokratiya!”

Bizimxeber.az-a daxil olan məlumata görə, Əbülfəz Məlikovun nəzarətindəki brokerlərin vergi borcu milyon manatları ötür. Təəssüflər olsun ki, bu borcu Məlikov ödəmir və borc hələ də brokerlərin adında saxlanılır.

Əcəba bu günlərdə daha ciddi səlahiyyətlərə və dəstəyə malik olan İqtisadiyyat naziri Mikayil Cabbarov bu pulu Məlikovdan ala biləcəkmi? Milyonlara sahib olan, bu borcun 5 qatını  5 dəqiqədə ödəməyə imkanı olan Əbülfəz Məlikov niyə gizlənir?

XƏBƏRLƏR:  "Müsavat və AXCP kimi partiyalar xarici qüvvələrin istəyi ilə hərəkət edirlər" – Deputat

Gömrükdə qazandığı milyonlarla böyük biznes şəbəkəsi yaradan, Bakıda və Avropanın müxtəlif ölkələrində bu biznesi rahatlıqla idarə edən Məlikov əl-qolunu sallayaraq ölkədə necə rahat gəzir?

Yaxın günlərdə Məlikovun “fəaliyyəti” nəticəsində 100 min manatlarla vergi borcunu ödəyə bilməyən brokerlərin müraciətini oxuculara çatdıracagıq.

Bizimxeber.az İnformasiya Şöbəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir