bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Dünyanın ən bahalı saatı hərracda satıldı

2070 oxunma | Tarix: | 4 həftə öncə

İsveçrənin “Petek Philippe” şirkətinin istehsalı olan saat Cenevrədə “Only Watch” hərracında rekord məbləğə – təxminən 2 milyard dollara satılıb. Poladdan hazırlanan saat nə vaxtsa satılan ən bahalı saat olub.

“Professional Watches” portalı qeyd edir ki, “The Grandmaster Chime Reference 6300A-010” modeli 2014-cü ildə məhdud tirajda (7 ədəd) buraxılıb.

Hərracda bahalığına görə ikinci olan saat isə sənətkar Fransua-Pol Jurnanın olub. Onun əl işi 1,8 milyon İsveçrə frankına satılıb.  Ümumilikdə tədbirdə dəyəri 38,5 milyon İsveçrə frankından çox olan saatlar satılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir