bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Dövlət qulluğuna hazırlaşanların NƏZƏRİNƏ

1160 oxunma | Tarix: | 3 il öncə

Azərbaycanda dövlət qulluğunun xüsusi növünə aid olan sahələrin sayı artırılıb.

“Bizimxeber” Trend-ə istinadən bildirir ki,  bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna yeni əlavə edilib.

Yeni layihəyə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də dövlət qulluğunun xüsusi növü sayılacaq.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Prezidentinin 2012-ci il 13 fevral tarixli fərmanı ilə dövlət qulluğunun xüsusi növü kimi yaradılıb.

Bu dəyişiklik həmin Xidmətin “Dövlət qulluğu haqqında” qanunda təsbit olunmuş dövlət qulluğunun xüsusi növü olan orqanların sırasına əlavə edilməsi zərurəti yarandığından edilib.

Qanun layihəsi Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında təsdiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir