bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Dollar ucuzlaşmağa başladı

644 oxunma | Tarix: | 3 il öncə

Qlobal bazarların səbirsizliklə gözlədiyi ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı və işsizlik göstəricisi açıqlanıb. Məlum olub ki, ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq may ayında 138 min artıb. İşsizlik nisbəti isə 4.3% olub. 

Bloomberg xəbər verir ki, may ayında ABŞ iqtisadiyyatı (kənd təsərrüfatı xaricində) 138 min məşğulluq yaradıb. Halbuki gözləntilər 185 min artım istiqamətində idi.

Mayda ABŞ-da işsizlik göstəricisi 4,3%-ə düşüb. İqtisadçılar işsizliyin 4,4% olacağını proqnozlaşdırırdılar. Apreldə ABŞ-da işsizlik 4,4%-ə düşmüşdü. Orta saatlıq maaşlarda aylıq 0.2%, illik  2.6%  artım olub. Gözlənti illik 2.6% artım idi.

Bildirək ki, ABŞ-da məşğulluğun proqnozdan çox aşağı artması dolları ucuzlaşdırıb. Bakı vaxtı ilə saat 16:40-a olan məlumata görə, Avro/Dollar məzənnəsi 0,55% qalxaraq 1.1277 səviyyəsini görüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir