Loading...

Daha  5 terrorçu Türkiyəyə təslim oldu

1410 oxunma | Tarix: | 2 ay öncə

Türkiyə hökumətinin həyata keçirdiyi çoxistiqamətli antiterror əməliyyatları yüksək nəticələr verməkdədir. Bizimxeber.az xəbər verir ki, belə üsullardan biri də terrorçuların təslimçiliyi yolu ilə onları cinayətkar təşkilatlardan ayırmaqdır.

Milli Müdafiə Nazirliyinin məlumatına görə, İraqın şimalındakı düşərgələrindən qaçan 5 PKK terrorçusu Silopi bölgəsinə keçərək Türkiyənin təhlükəsizlik orqanlarına təslim olublar.

Qeyd edək ki, terrorçulara qarşı tətbiq olunan güc PKK daxilində çaxnaşma yaradıb. Bu amil, o cümlədən aparılan təbliğat işləri sayəsində çoxlu sayda terrorçu PKK düşərgələrindən qaçaraq təslim olub.

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir