Loading...

Bütün dünyanın ortaq valyutası olmaq yolunda!

1632 oxunma | Tarix: | 3 il öncə

Təkcə 7 ildə 700 min dəfə bahalaşan internetin pul vahidi Bitcoin, hər keçən gün bahalaşmaqda və genişlənməkdə davam edir.

“Marja” xəbər verir ki, təxminən üç ay əvvəl qızıldan daha qiymətli olan və yalnız bir ay ərzində 65% bahalaşaraq rekord  səviyyələrə çatan və çox qısa dövr əvvəlki sərmayəçilərini belə xoşbəxt edən Bitcoin, Google məlumatlarına görə, Amerika Birləşmiş Ştatlarında ən çox axtarılan beş kəlmə içinə girib.

Fiziki halda olmayan rəqəmsal rəqəmlərdən ibarət Bitcoin-in, qızıl kimi dəyərli bir metaldan daha dəyərli hala gəlməsi  Bitcoin-ə qoyulan investisiyaları da artırır.

Google-da istifadəçilər, Bitcoin sözünü 4 dəfə daha çox axtarmağa başlayıblar və mühüm investisiya vasitəsi kimi görürlər. Bütün bunlarla yanaşı, Bitcoin artıq fiziki mağazalarda da qəbul edilməyə başlanır, hətta bu yaydan etibarən Yaponiyada 250.000 müəssisə Bitcoin ilə ödəmə qəbul edəcək.

Hər hansı dövlətə və mərkəzi banka bağlı olmadığı üçün kimsənin investisiya etməkdən çəkinmədiyi, bütün dünyanın internet pul vahidi Bitcoin, bəlkə də gələcəyin yeganə ortaq pul vahidini simvollaşdırır. Belə ki, Bitcoin-in bütün ölkələrdə etibarlı olacağı və demək olar ki, hər bir müəssisədə Bitcoin qəbul ediləcəyi yayılan geniş fikirdir.
Əlbəttə Bitcoin güman edildiyi qədər təmiz bir pul vahidi də deyil. İnternetin qeyri-qanuni dünyasında edilən ticarətlərdə istifadə edilən pul vahidi olduğu üçün bəzi dövlətlər Bitcoin-ə qarşı mübarizə aparır.  Bu mübarizəyə baxmayaraq Bitcoin sanki bir virus kimi yayılmağa davam edir.

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir