bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Buket Aydının bu paylaşımı deputatı əsəbiləşdirdi – Foto

2602 oxunma | Tarix: | 2 ay öncə

Türkiyəli aparıcı Buket Aydının münaqişə zonasından paylaşdığı foto CHP millət vəkili Mehmet Bekaroğlu tərəfindən sərt tənqid olunub. 

Bizimxeber.az  Türkiyə KİV-nə istinadən xəbər verir ki, aparıcı “Barış pınarı” əməliyyatının üçüncü günündə PKK və YPG silahlı qruplaşması tərəfindən jurnalistlərin atəşə tutulduğu əraziyə gedərək “hücum etsəniz də, buradayıq” şərhiylə foto paylaşıb.

Bu paylaşım millət vəkilini hiddətləndirib, o, jurnalisti işində ciddi olmağa çağırıb: “Gördüyünüz iş ciddidir. Uşaqlar, sakinlər, əsgərlər ölür, ana-atalar ekran qarşısında uşaqlarından bir xəbər almağı gözləyir. Siz isə sanki podiuma çıxmış kimi poza verirsiz. Üzünüzü o qədər boyamağa necə vaxt tapdız? Əfsuslar olsun”.

Qeyd edək ki, ötən gün sözügedən ərazidə jurnalistlər atəşə tutulan zaman iki media mənsubu yaralanmışdı. Hadisə yerində onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir