bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Bu klinikanın suya görə 70 min borcu var

2328 oxunma | Tarix: | 2 ay öncə

Bakıda fəaliyyət göstərən məşhur klinika “Atlas Medical Center” 70 minlik borcuna görə məhkəməyə üz tutub. Klinika 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldırıb.

“Atlas” klikinasının ərizəsində qeyd olunub ki, “Azərsu” tərəfindən əsassız olaraq hesablanmış 69 min 336 manat borcun silinməsini və “Azərsu”nun bu hərəkətlərinin qanunsuz hesab edilməsini istəyib. Lakin məhkəmə prosesinə hər iki tərəfin nümayəndəsi gəlməyib.

Buna görə də iddia baxılmamış saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir