Loading...

Baş Nazirdən QƏRAR – Magistraturaya qəbul qaydaları DƏYİŞDİ

2490 oxunma | Tarix: | 6 gün öncə

Nazirlər Kabineti Azərbaycan Respublikasının “Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib.

Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, hazırda imtahanlar iki mərhələdə aparılır:

I mərhələ – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;

II mərhələ – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir