Loading...

“Barselona”nın baş məşqçisi dəyişdi

1750 oxunma | Tarix: | 1 həftə öncə

İspaniyanın “Barselona” klubunda baş məşqçi dəyişikliyi rəsmiləşib. 

Məlumata görə, Kataloniya təmsilçisi çalışdırıcısı Ernesto Valverde ilə vidalaşıb.

Onun əvəzinə artıq yeni baş məşqçi də təsdiqlənib. “Barselona” 61 yaşlı Kike Setyenə həvalə olunub. “Betis”in sabiq çalışdırıcısı ilə 2022-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Bu gün onun rəsmi təqdimatı olacaq.

Qeyd edək ki, 2017-ci ildən “Barselona”nın “sükanı arxası”nda olan Valverde komandanı 163 rəsmi matça çıxarıb. O, bunlardan 108-də (66 faiz) qələbə qazanıb, 35-də heç-heçə (22) edib və 20-də (12) məğlub olub.

“Barselona” La Liqada 19 turdan sonra 40 xalla birinci pillədədir. /APA/

 

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir