Loading...

Bakıya yeni gəldi, köklü islahatlara başlayır – “Qara siyahı”da 6 nəfər var

2830 oxunma | Tarix: | 2 ay öncə
Bakının “Sabah” klubunda qış fasiləsində əsaslı dəyişikliklər olacağı gözlənilir. Komandaya ötən ay baş məşqçi gətirilən xorvatiyalı Jelko Sopiç köklü islahatlara başlayır. O bir çox futbolçunun çıxışından narazıdır və onların içində həm əcnəbi, həm də azərbaycanlılar var. Belə ki, çalışdırıcı Təmkin Xəlilzadə, Məhhəmməd Mirzəbəyov, Kərim Diniyevin çıxışından narazıdır.

Əcnəbilərə gəlincə, Rocer Roxas, Kökcü Ozan Can, Ekşteyn Hendrik də qış fasiləsində klubdan göndərilə bilər. Xatırladaq ki, yayda heyətini kifayət qədər genişləndirən paytaxt təmsilçisi 13 xalla 6-cı sıradadır.

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir