Bizimxeber

Online informasiya portalı

Bakıda maşın vəzifəli şəxsin üstündən keçdi – TƏFƏRRÜAT

3750 oxunma | Tarix: | 1 ay öncə

Yanvarın 13-də axşam saatlarında Xəzər rayonu Binə qəsəbəsində baş vermiş ağır yol nəqliyyat-hadisəsi nəticəsində vəfat edən şəxsin Ədliyyə Nazirliyinin əməkdaşı olduğu ortaya çıxıb.

Qəsəbədə yerləşən “Rəşad” yanacaqdoldurma məntəqəsinə yanacaq gətirən yük avtomobilinin üzərindən keçdiyi 1973-cü il təvəllüdlü Ağayev Mayil Ağəli oğlu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinin komendantı olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb. Bildirilir ki, hadisə M.Ağayev yolun kənarında dayanarkən baş verib. Hadisə nəticəsində onun bədəni hissələrə ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir