bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“Azəristiliktəchizat-ın 29 milyonluq borcu araşdırılmalıdır – YEYİNTİ QALMAQALI

2250 oxunma | Tarix: | 3 həftə öncə

Bakıda heç bir binaya istilik verilmədiyi, borca görə “Azəriqaz” qadağa qoydugu barədə məlumat yayılıb.  Noyabrın 15-dən qanuna uyğun olaraq Bakı şəhərində binalara istiliyin verilməsinə başlanılmalı idi. Lakin bu gün paytaxtın bir neçə rayonundan saytımıza müraciət edən vətəndaşlar hələ də istiliyin verilmədiyindən şikayətləniblər.  Bu gün “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcu 29 milyon manatdan çoxdur. 

Bizimxeber.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl “Azəristiliktəchizat”ın rəhbərliyi mətbuata verdiyi açıqlamada mövsüm üçün tam hazır olduqlarənə bildimişdi. Görünür “Azəristiliktəchizat”ın rəhbərliyi istər dövləti, istərsə də vətəndaşları aldadırmış.

Elə isə bu suala kim aydınlıq gətirəcək? 29 milyon manatdan çox borc necə yaranıb? Bu problemin həlli yay aylarında nədən həl olunmamış qalır? Niyə indi bu problem gündəmə gəldi? Doğrudanmı yaranmış 29 milyon manat kiminsə cibinə getməyib?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir