bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər – Biri öldü, digəri…+ Fotolar+ Video

1730 oxunma | Tarix: | 4 həftə öncə

Bu gün ABŞ-ın Nevada ştatının Klark rayonunda azərbaycanlıların iştirakı ilə ağır yol qəzası baş verib. “Qafqazinfo”nun “Springfield Post” nəşrinə istinadən verdiyi xəbərə görə, Nyu-York şəhərindən olan 1989-cu il təvəllüdlü Ramiz Quliyevin idarə etdiyi avtomobil tibb məntəqəsinə çırpılıb. Nəticədə, o hadisə yerində dünyasını dəyişib.

Ohayo ştatının Yol Patrul Xidmətində çalışan leytenant Brayan Allerin sözlərinə görə, qəza zamanı avtomobildə sərnişin Mişa Məmmədov də olub: “O, hadisə zamanı maşının arxa qoltuğunda yatırmış. Xəsarət alaraq xəstəxanaya yerləşdirilib”. Qəzanın qarlı hava şəraitində yolların sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir