Loading...

Azərbaycanın özəl sektoruna 360 milyon avro kredit ayrıldı

504 oxunma | Tarix: | 3 il öncə

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) fəaliyyətə başlayandan Azərbaycanın özəl sektoruna 360 milyon avro kredit ayırıb. Bunu QDTİB-nin Azərbaycanın biznes və bank dairələri üçün təqdimatında maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, bankın Azərbaycanın kredit portfelində payı 8,3 faiz təşkil edir: “Azərbaycan, həmçinin bankın səhmdar kapitalında iştirak edir, burada bizə səhmlərin 5 faizi məxsusdur. Biz bankın 7-ci iri səhmdarıyıq”.

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir