bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Azərbaycanın general-polkovnikləri (SİYAHI)

2330 oxunma | Tarix: | 3 həftə öncə

General-polkovnik Azərbaycanın güc strukturlarında ən yüksək rütbə sayılır. Bu rütbəni ölkənin müdafiə, fövqəladə hallar, daxili işlər nazirləri, o cümlədən baş prokuror, xidmət rəisləri və başqaları daşıyır. General-polkovnik rütbəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla təyin olunur. 

Bizimxeber.az baku.ws-ə istinadən hazırda vəzifə başında olan və istefaya göndərilən general-polkovnik rütbəsini daşıyan şəxslərin siyahısını təqdim edir:
1. Zakir Həsənov – Müdafiə naziri
2. Nəcməddin Sadıqov – Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi
3. Vilayət Eyvazov – Daxili işlər naziri
4. Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri
5. Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi
6. Vaqif Axundov – Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi
7. Bəylər Əyyubov – Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi
8. Zakir Qaralov – Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri
9. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri
10. Mədət Quliyev – Müdafiə sənayesi naziri
11. Ramil Usubov – Prezident yanında Təhlukəsizlik Şurasının katibi
12. Səfər Əbiyev – Eks-müdafiə naziri
13. Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin keçmiş sədri
14. Fazil Məmmədov – I dərəcəli dövlət vergi xidməti müşaviri.
15. Namiq Abbasov – Sabiq milli təhlükəsizlik naziri (1995-2004)
16. Tofiq Ağahüseynov – Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)
17. Eldar Mahmudov – sabiq milli təhlükəsizlik naziri.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir