bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Azərbaycanda qadını ata bağlayaraq sürüyüblər – YENİLƏNİB

3616 oxunma | Tarix: | 2 ay öncə

Səhiyyə Nazirliyi Goranboy rayonunda atla sürüdülən 35 yaşlı qadının vəziyyəti ilə bağlı məlumat yayıb.  “Report”un xəbərinə görə, məlumatda bildirilib ki,  rayonun Xanqərvənd kənd sakini, 35 yaşlı qadın sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Mərkəzi rayon Xəstəxanasına gətirilib: “Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur. Fatkla əlaqədar hüquq-mühafizə orqanları məlumatlandırılıb”.

***
11:09

Goranboy rayonunda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər. Hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.  Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər.

Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir