bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Azərbaycanda da 4 günlük iş həftəsi tətbiq olunacaq? – Nazirdən AÇIQLAMA

1940 oxunma | Tarix: | 2 ay öncə

“Qısaldılmış iş günləri kompleks məsələdir. Bu, ölkənin məşğulluq və əmək bazarında ciddi təsir edə bilər”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqilə bağlı sualları cavablandırarkən bildirib.

S.Babayev qeyd edib ki, Azərbaycanda əmək haqqı aylıq əsasla müəyyən edilir: “4 günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əmək haqqına təsir edə bilər. Bu, əmək haqqından, əmək bazarından irəli gələrək, əmək resurslarının yaratdığı əlavə dəyərədən asılı olaraq müəyyən edilə bilər”.

Nazirin sözlərinə görə, hazırda Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil: “Amma gələcəkdə istənilən məsələ kimi bu da müzakirə oluna bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir