Loading...

Azərbaycan neftinin SON QİYMƏTİ – Ucuzlaşıb

846 oxunma | Tarix: | 3 il öncə

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 6-da 49,73 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 0,1 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 6-da 49,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 6-da 46,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,17 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyunun 6-da 48,24 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,19 dollar/barel çoxdur.

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir